"125 mindən çox şagird birinci sinfə qədəm qoyur".
Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev 21 nömrəli tam orta məktəbdə Bilik Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O şagirdləri, müəllimləri, valideynləri bu gün münasibətilə təbrik edib:
"Həyatımızda öyrəndiklərimizin böyük hissəsini orta məktəbdə öyrənmişik. Builki birinci sinfə qədəm qoyan şagirdlərin timsalında hər kəsi təbrik edirəm, uğurlar diləyirəm. Hər birinə təhsil nailiyyətləri arzu edirəm.
Birincilərimiz vətəndaş kimi formalaşmağa qədəm qoyublar. Onların oxumaqla yanaşı, yaxşı insan olmaq da qarşılarında duran əsas məsələlərdəndir
Müəllimlərimizi də təbrik edirəm. Artıq onların da qayğılı günləri başlayır.
Bu il 100 mindən artıq müəllim də tədrisə başlayır. Təhsil müəllimlərin fəaliyyətinin nəticəsidir.
Valideynlər övladlarının yanında olarlarsa, müəllimlərin işi də asanlaşar. Təhsil elə bir sahədir ki, burada əməkdaşlıq olmasa, irəli getmək çətin olar".