Birinci sinfə qəbulun tarixi açıqlandı

"2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın əvvəlində başlanılacaq".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.

O bildirib ki, məktəbəhazırlıq qruplarında təhsil alanlar birbaşa keçid edir.