Bu gün Azərbaycanda "Son zəng" tədbiri keçirilir

Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrində "Son zəng" tədbiri keçirilir.

Teleqraf xəbər verir ki, cari tədris ilində ölkə üzrə ümumilikdə 116 min 550 nəfər məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlan şagirdlərdir.

"Son zəng"dən fotoları təqdim edirik:

***

07:00

Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.

Teleqraf xəbər verir ki, təlimatlara əsasən "Son zəng" tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.

Tədbir səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.

"Son zəng" tədbirində 1-ci və 11-ci sinif şagirdləri və valideynləri iştirak etməlidir.