Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər imtahana gəlməyib.
Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfər imtahandan xaric olunub.