Hücum təhlükəsi: Məktəb və texnikumlar distant təhsilə keçirilib

Rusiyanın Çuvaşıstan Respublikasında pilotsuz uçuş aparatları ilə hücum təhlükəsi səbəbindən məktəb və texnikumlar distant təhsilə keçirilib.

Sherg.az xəbər verir ki,  respublikanın təhsil naziri Dmitri Zaxarov bildirib ki, universitetlərə də onlayn dərs formatına keçmək tövsiyə olunub. Uşaq bağçaları ilə bağlı isə valideynlərə uşaqları təhsil müəssisələrinə göndərməmək məsləhət görülüb. Bölgədə elan olunan raket təhlükəsi daha sonra ləğv edilib.