2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda seçimlərin II mərhələsi başlayıb.
Qeyd edək ki, bu mərhələ I seçimdən sonra boş qalan yerlər üçün nəzərdə tutulur.
Lisey və gimnaziya seçimi şagirdlərin şəxsi kabinetində “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçiriləcək. Namizədlər bu mərhələdə maksimum 2 lisey və ya gimnaziya seçə bilərlər. İki təhsil müəssisənin seçilməsi məcburi deyil.
Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları və üstünlük verdikləri lisey və ya gimnaziyanı seçim siyahısına daxil etmələri tövsiyə olunur.
II mərhələ üzrə seçim prosesi 31 avqust 2026-cı il saat 12:00-da başa çatacaq.
Nəzərinizə çatdırırıq ki, III mərhələ nəzərdə tutulmayıb.