Magistraturaya ixtisaslaşma seçimi başlayıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi prosesinə start verilib.

Sherg.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, seçimdə 15 fevral, 17 may və 14 iyun 2026-cı il tarixlərində keçirilmiş qəbul imtahanlarının (bəzi proqramlar üzrə qabiliyyət imtahanının) nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak edə bilərlər.

Namizədlər 26 iyul saat 23:59-dək internet vasitəsilə ixtisaslaşma seçimini həyata keçirməlidirlər. Bakalavrlar 20-dək ixtisaslaşma seçərək onları istədikləri ardıcıllıqla elektron ərizəyə daxil edib təsdiqləyə bilərlər.

DİM qeyd edib ki, müsabiqədə yalnız elektron ixtisaslaşma seçimi ərizəsini təsdiqləyən bakalavrlar iştirak edəcəklər.