Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır - VİDEO

Məktəb ideoloji savaşın deyil, düşüncənin və gələcəyin məkanıdır.

Burada baş verənlərə susmaq, cəmiyyətdə qarşıdurma yaradan çağırışlara biganə qalmaq olmaz. Belə məqamlarda emosiyalara deyil, ağla, təxribatlara deyil, sağlam düşüncəyə söykənməliyik. Çünki dövlətçilik yalnız sözlə deyil, çətin anlarda nümayiş etdirilən məsuliyyətlə ölçülür. Ən doğru yol milli maraqları qorumaq, təmkinimizi itirməmək və heç bir halda düşmən dəyirmanına su tökməməkdir.