Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul bu tarixdən başlayır

Azərbaycanda regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə 7 iyul saat 11:00-dan etibarən elektron növbələrin yaradılmasına başlanılır.

Bu barədə Sherg.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Belə ki, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.