
“Məktəblərdə korrupsiya kök salıb”
Yusif Nəzərli
12:30 27.01.2022
Elm və Təhsil
894
“Belə olduğu təqdirdə də istənilən müəllimdən,valideyndən pul yığılır”
Sosial şəbəkələrdə məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb. Hadisə Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbində baş verib. Səs yazısına əsasən, direktor Mətanət Məmmədova həmin məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib. V. Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirib.
Bundan sonra direktor müəllimi otaqdan qovub və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyib. Şikayətçi müəllim V.Məmmədova açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib.O, bidlirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edib.O məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.

Təhsil eksperti Elçin Əfəndi məktəblərin rüşvət bəlasından “Sherg.az” a danışarkən bildirib ki, bu hal sadəcə Ağstafada deyil respublikanın bütün bölgələrində baş verir:
“Başlıca səbəb də direktorların qohumluq, tanışılıq ilə işə götürülməsidir. Belə halların qarşısını almaq üçün biz onların işə qəbul prosesində şəffaflıq yaratmalıyıq. Doğrudur, Təhsil Nazirliyi direktorların işə qəbulunda müvafiq imtahanlar keçirir. Amma yenə də kimlərsə tapşırıqla bu vəzifəyə gəlir”.
Ekspert vurğulayıb ki, uzun müddət azı 15-20 il eyni direktor tərəfindən idarə olununan məktəblər var:
“Təhsil Nazirliyi belə məqamları diqqətə almalıdır. Bir məktəb direktorunun yeri heç olmasa üç ildən bir dəyişilməlidir. Çünki o bu müddətdən artıq eyni məktəbdə qaldıqda orda şəbəkə formalaşdırır. Ağac kimi kök salır. Belə olduğu təqdirdə də istənilən müəllimdən,valideyndən pul yığılır”.
E.Əfəndinin fikrincə,Təhsil Nazirliyi prosesin şəffaflığı üçün müvafiq komissiyalar yaratmalıdır:
“Daimi olaraq məktəblərdə yoxlama aparılmalıdır. Bu istiqamətdə müəllimlərin dinlənilməsi onların şikayətlərinin qeydə alınması vacibdir. Əks halda elə indiki kimi də davam edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya