Azərbaycanda dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin ümumi sayında qadınların xüsusi çəkisi açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ildə bütün məktəb rəhbərləri daxil edilməklə müəllimlərin sayı 142 530 nəfər olub. Onların 82,6 faizini qadın pedoqoqlar formalaşdırıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə isə məktəb rəhbərləri daxil edilməklə müəllimlərin sayı 145 016 olub ki, onların isə 82,2 faizi qadınların payına düşür.
Qeyd edək ki, bu statistika sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri istisna olmaqla dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrini əhatə edib.