Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) şəxsi məlumatların qorunması ilə bağlı 81 vilayətə yeni təlimat göndərib.
Sherg.az xəbər verir ki, qərara əsasən, məktəblərin internet saytlarında, sosial media hesablarında və digər onlayn platformalarda şagird, müəllim və valideynlərə aid şəxsi məlumatlar, foto və videolar paylaşılmayacaq.

Nazirlik daha əvvəl yayımlanmış şəxsi məlumatları ehtiva edən məzmunların da silinməsini tələb edib. Həmçinin məktəb əməkdaşlarına şəxsi məlumatların qorunması və informasiya təhlükəsizliyi ilə bağlı təlimlər keçiriləcək.
MEB bildirib ki, qaydaların pozulması və ya məlumatların icazəsiz paylaşılması hallarında inzibati və hüquqi tədbirlər görüləcək.