Müəllimlərin işə qəbulunda müsahibəyə səthi yanaşılır
Məlahət Rzayeva
04:25 24.08.2021
Elm və Təhsil
1122
"Müsahibə ilə bağlı komissiyaya elə şəxslər seçilir ki, onun komissiya üzvü və ya sədri olması normal deyil, ancaq nə üçünsə seçilir"
Sosial şəbəkədə müəllimlərin işə qəbulu üzrə müsahibədən bir foto paylaşılıb. 4 xanım müəllim müsahibədə iştirak edən 1 kişi müəllimi “imtahan” edir. Fotoya bol-bol şərhlər yazılıb. Təxminən bu səpkidə: “Yazıq! Bildiyini də unudar, baxışlara bax!.. İmtahan götürənlərin arasına heç olmasa bir kişi müəllim də oturdadılar də, özünü yalnız hiss etməzdi kişi müəllimlər. Bu müəllimələr adamı diri-diri “yeyər”.
Təhsil eksperti Elşən Ramizoğlu “Şərq”ə açıqlamasında komissiya üzvlərinin yalnız qadınlardan ibarət olmasında qəbahət görmədiyini dedi:
- Müsahibə prosesi bildiyiniz kimi davam edir. Fikrimcə, komissiyada yalnız qadınların olması namizədə o qədər də təsir etmir. Bu, namizəd üçün mühüm rol oynamır. Əsas məsələ qarşıdakı şəxsi ordakı vəziyyətə uyğunlaşdırmaqdır. Bəzən komissiyanın elə xanım üzvləri olur ki, insan həyəcanlananda sakitləşdirir. Bir şeyi də nəzərə almaq lazımdır ki, namizəd bir kollektiv ilə işləyəcək. Bəlkə elə kollektiv oldu ki, orada kişi müəllim bir nəfər oldu və ya heç olmadı?! Nəzərə alaq ki, kişi müəllimlərin sayı qadın müəllimlərin sayından qat- qat azdır.
E.Ramizoğlu qeyd etdi ki, müsahibə ilə bağlı komissiyadan komissiyaya da fərq çoxdur. Bəzən elə şəxslər seçilir ki, onun komissiya üzvü və ya sədri olması normal deyil, ancaq nə üçünsə seçilir:
- Bu yaxınlarda sosial şəbəkədə qeyd olundu ki, müsahibədə namizədlərin şəxsi həyatı ilə bağlı fikirlər səslənib. Bu, yolverilməzdir, bu cür məqamlara diqqət etmək lazımdır. Kimsə kökdür və ya arıqdır, bu da müsahibənin mövzusu deyil.
E.Ramizoğlu bildirdi ki, imtahandan kəsilən namizədlərin də sayı kifayət qədərdir:
- 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin 18-19 avqust tarixində keçirilən müsahibə mərhələsində 1417 nəfərdən 1264 nəfər uğur qazanıb. 153 nəfər kəsilib. 2 günə 153 nəfər az deyil. Niyə kəsilib? Düzü onu qeyd edim ki, müsahibəyə səthi yanaşılır və nəzarət çox zəifdir. Daha güclü nəzarət olmalıdır. Ötən illərə nisbətən bu il müsahibədə boşluq var. Komissiya üzvlərinin sayının da cüt rəqəm olması, fikrimcə, doğru deyil, tək rəqəm olmalıdır.
Əvvəllər 3 nəfər olurdu. Doğrusu da budur. Nə demək olar, təşkilatçılar yəqin ki, nəzərə alar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Vodyanskoyeni işğal etdi
16:22 19.08.2026
Gündəm
Kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Azərbaycana gətirilib
16:06 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:58 19.08.2026
Hadisə
Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
15:34 19.08.2026
Cəmiyyət
Rusiya Gürcüstandan kartof idxalını dayandırdı
15:32 19.08.2026
İqtisadiyyat
Bu ayın 17 günü temperatur normadan yüksək olub
15:21 19.08.2026
Ekologiya
Ərdoğan: ABŞ-İran münaqişəsinin yeganə həll yolu danışıqlardır
15:02 19.08.2026
Gündəm
Televiziyamızın yaşıdı
15:00 19.08.2026
Media
Xarici uçuşlara böyük endirim! Biletlər 29 dollardan başlayır
14:46 19.08.2026
Aktual
“Al-Monitor”: Netanyahu Trampla açıq qarşıdurmaya hazırlaşır
14:37 19.08.2026
Gündəm
Azərbaycan səfiri etimadnaməsini Kasım-Jomart Tokayevə təqdim edib
14:17 19.08.2026
Gündəm
Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
13:43 19.08.2026
Dünya
Netanyahu “odla oynayır” - yəni Ərdoğanla - ŞƏRH
13:01 19.08.2026
Gündəm
Kira Rudik: Müharibə zamanı seçki keçirsək, Ukrayna parçalanacaq
12:57 19.08.2026
Dünya