Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı məsələyə münasibət bildirib.
Teleqraf xəbər verir ki, nazir bu barədə mətbuat konfransında danışıb.
E.Əmrullayev qeyd edib ki, hazırda bu istiqamətdə konkret plan barədə danışmaq çətindir:
“Amma hazırda bu verilən çərçivədə hansısa ciddi, radikal dəyişiklik planlaşdırılmır. Təhsil sistemdə psixoloji xidmətin daha yaxşı aparılması ilə bağlı müəyyən addımlar və təkliflər hazırlanacaq”.