Təhsil eksperti düstur verdi! - “...Əks halda kurslara axın güclənəcək”
Yusif Nəzərli
13:45 12.01.2022
Elm və Təhsil
844
Hazırkı dövrdə dünyada əksər insan ikinci dil öyrənməyə can atır. Müasir dövrdə xarici dil öyrənmək artıq zərurət halına gəlib. İnsanlar öz ana dili ilə yanaşı, müxtəlif dilləri də mənimsəmək istəyirlər. Ölkəmizdə də yeni dil öyrənmək istəyən şəxslərin sayı kifayət qədər çoxdur. Sözsüz ki, bu sevindirici haldır.
Ölkədə məktəblərdə və universitetlərdə xarici dil dərsləri mütamadi olaraq tədris olunur. Ancaq Azərbyacanda yeni dil öyrənən şəxslərin böyük bir əksəriyyəti bu dili xüsusi kurslarda öyrəndiyini deyir. Bu barədə jurnalist Aləmdə Nəsib də maraqlı status paylaşıb. O qeyd edir:
“Kimdən soruşuram, deyir kursa gedirəm. Niyə xarici dildə danışmağı orta və ali məktəbdə keçirilən dil dərslərində öyrənə bilmirik?!”
Bu zaman belə bir sual ortaya çıxır: Məktəblərdə və ali təhsil ocaqlarında verilən dil dərsləri qənaətbəxş deyilmi?
Sualımızı cavablandıran təhsil eksperti Nadir İsrafilov “Sherg.az”a məktəblərdə xarici dil fənlərinə ayrılan saatlara diqqət çəkib:
“Ümumi təhsil müəssisələrinin I-XI siniflərinin 2021-2022-ci dərs ili üçün tədris planına əsasən xarici dilin tədrisinə I-IV siniflərdə hər sinif üzrə 1 saat olmaqla həftədə 4 saat, V sinifdə 2 saat, VI-IX siniflər üzrə 3 saat, X-XI siniflər üzrə isə 4 dərs saatı vaxt ayrılır. VI sinifdən başlayaraq IX sinfə qədər hər sinif üzrə 1 saat, X-XI siniflər üzrə isə ıkinci xarici dilin tədrisinə əlavə olunan 2 saatı da nəzərə alsaq, bu dərs yükü xarici dilin öyrənilməsi üçün kifayət edir”.
Ekspertin fikrincə, xarici dil öyrənən şəxslərin dil kurslarından istifadə etməsini tədris edilən dərslərlə əlaqələndirmək düzgün olmaz:
“Məsələyə bu mövqedən yanaşsaq, təkcə xarici dil deyil, digər fənlər üzrə də repetitorlara və əlavə kurslara üz tutanlar az deyil. Bu daha çox ayrı-ayrı ixtisaslara hazırlaşmaq üçün həmin fənlər üzrə yazı və danışıq bacarıqlarını daha da təkmilləşdirmək və inkişaf etdirmək, ali təhsil müəssisəsinə və ya maqistraturaya daxil olmaq istəyindən irəli gəlir. Bir də ki, xarici dillərin öyrənilməsini, təkcə ali məktəblərə daxil olmaq arzusu ilə əlaqələndirmək də məsələnin mahiyyətinə birtərəfli baxmaq kimi qimətləndirmək olardı. Xarici dil öyrənməyin faydaları barədə kifayət qədər deyilib və yazılmasından əlavə şərhə ehtiyac görmürəm. Təkcə ADU-da 20-dən artıq dil tədris olunur. Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən növbəti illərdən etibarən magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları yoxlanılacaq. Magistratura səviyyəsinə qəbul imtahanında növbəti ildə də məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı və açıq tipli test tapşırıqlarından istifadə olunacaq. 2024-cü ildən etibarən keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanlarında isə xarici dil bloku üzrə yazı və danışıq bacarıqlarının yoxlanılması da nəzərdə tutulur. Göründüyü kimi hamı tərəfindən birmənalı qarşılanmasa belə, qəbulla bağlı tələblərin ildən-ilə sərtləşdirilməsi xarici dilin tədrisinə də yeni yanaşma tələb edir. Əks halda əlavə kurslara axının qarşısı alınmaz olacaq...”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya