Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı

 Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, artıq 7727-yə göndərilən mesajlara cavab gəlməyə başlayıb.

***

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub:

“İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib”.