Yeni peşə təhsili ixtisasları yaradılıb

“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib, yeni ixtisaslar yaradılıb.

Sherg.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqaməti üzrə” hissədə “030204 Kommersiya” ixtisas qrupuna “Tədbirlərin planlaşdırılması və təşkili”, “Satış və marketinq” və “Satınalmaların təşkili”, “030214 Avtomatlaşdırılmış texnologiyalar və istehsal” ixtisas qrupuna “Mexatronika” və “İstehsalata rəqəmsal nəzarət sistemləri” ixtisasları əlavə edilib.

“030219 İnformasiya-kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti” ixtisas qrupuna “Rəqəmsal məzmun idarəçiliyi” və “3D rəqəmsal oyun dizayneri”, “III. “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə” hissənin “030301 Bitkiçilik” ixtisas qrupuna“Bitki mühafizəsi və 2 fumiqasiya işləri üzrə texnik” ixtisası, “IV. “Energetika, elektrotexnika, cihazqayırma və optik texnika, radiotexnika, rabitə və informasiya texnologiyaları” peşə istiqaməti üzrə” hissənin “030433 Geomatika” ixtisas qrupuna “Geodeziya və kartoqrafiya” ixtisası,

“VIII. “İlkin tələbat və qida məhsullarının texnologiyası” peşə istiqaməti üzrə” hissənin “030811 Bitki və marqarin yağı istehsalı” ixtisas qrupuna “Qida emalı texnologiyaları” ixtisası, “IX. “İnşaat və arxitektura” peşə istiqaməti üzrə” hissədə “030908 Ümumi inşaat işləri” ixtisas qrupuna “Rəqəmsal inşaat üzrə mütəxəssis” ixtisası, “030918 Elektrik avadanlıqları və elektrik şəbəkələrinin elektroquraşdırılması” ixtisas qrupuna “Elektrik sayğacları texniki” ixtisası əlavə olunub.