İsveçrədə LEM Surgical şirkəti CES 2026 sərgisində Dynamis adlı dünyanın ilk robot cərrahını təqdim edib.
Sherg.az xəbər verir ki, FDA təsdiqi alan sistem artıq klinik istifadədədir və onurğa əməliyyatlarında tətbiq olunur.
NVIDIA süni intellekt texnologiyaları ilə təchiz olunan robot yüksək dəqiqliklə işləyir, mikro titrəyişləri aradan qaldırır və əməliyyatın təhlükəsizliyini artırır. Dynamis hazırda ABŞ-də xəstəxanalarda rutin onurğa əməliyyatlarında istifadə olunur.