Məhkumluq haqqında arayışın “mygov” üzərindən verilməsinə başlanılıb
Yusif Nəzərli
07:14 28.10.2024
Texnologiya
805
Bu gündən məhkumluq haqqında arayışın alınması prosesi tam rəqəmsal formada “mygov” platforması üzərindən həyata keçirilir.
Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Məlumata görə, məhkumluq haqqında arayışı əldə etmək üçün vətəndaş “mygov”a giriş edərək “Xidmətlər” bölməsindən "Məhkumluq haqqında arayış" xidmətinə daxil olur. Arayışın hansı məqsədlə tələb olunduğunu bildirmək üçün "İş yeri" və ya “digər” variantlarından birini seçir.
İş yeri seçildiyi halda vətəndaş əldə etdiyi arayışı fiziki formada quruma təqdim etmək məcburiyyətində qalmır, arayış hazır olan zaman onun nüsxəsi ƏMAS sisteminə rəqəmsal qaydada ötürülür. Arayışın göndəriləcəyi qurumu iki üsulla axtarmaq mümkündür:
Qurumun adını qeyd edərək
Qurumun VÖEN-ni daxil edərək
Digər şəxsi məqsədlər üçün arayış tələb edildikdə isə, sistem vətəndaşı birbaşa müraciət ekranına yönləndirir. Daha sonra vətəndaş arayış üçün göndəriləcək müraciət ərizəsində tələb olunan şəxsi məlumatları yoxlayır. Məlumatlar tam və düzgün olduqda, “Ərizəni oxudum” bölməsini təsdiq edir və “Göndər” düyməsinə klikləyərək müraciətini quruma göndərir.
Yaxın günlərdə “mygov”un yenilənmiş versiyasında vətəndaş, müraciət təsdiqləndikdən sonra arayışın hazır olduğu barədə bildiriş ala biləcək. Qeyd edək ki,müraciət 1 iş günü ərzində təsdiq olunur. Arayışı həmçinin, PDF formatında “Şəxsi məlumatlarım” bölməsindən yükləmək mümkündür.
Vətəndaşlar, “Xidmətin tarixçəsi” bölməsindən bütün müraciətlərinin siyahısını izləyə bilər. Müraciət cavablandırılana qədər vətəndaş tərəfindən yeni müraciət göndərilə bilməz, müraciət tamamlandıqdan sonra yenidən müraciət etmək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual