"Reddit" milyonlarla dollar məbləğində cərimələndi

Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi (ICO) ABŞ-nin sosial şəbəkəsi "Reddit"i uşaqların şəxsi məlumatlarının qorunması sahəsində pozuntulara görə 14.47 milyon funt-sterlinq (təxminən 19.5 milyon dollar - red.) cərimələyib.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, şirkət istifadəçilərin yaşının müvafiq yoxlanılmasını təmin etməyib və yetkinlik yaşına çatmayanların məlumatlarının qanunsuz istifadəsinə yol verib.

Platforma istifadəçi müqaviləsində 13 yaşdan kiçik uşaqların girişini qadağan edir. Tənzimləyici qeyd edib ki, 2025-ci ilin iyul ayına qədər istifadəçilər mövcud məhdudiyyətlərdən yan keçə bilirdilər. ICO belə nəticəyə gəlib ki, şirkət 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarını qanuni əsas olmadan və onların təhlükəsizliyi üçün riskləri qiymətləndirmədən istifadə edib.