Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası qəbul edilib və bizim bütün işlər bu strategiyaya uyğun həyata keçirilməkdədir.
Sherg.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.
"Ötən illəri İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının işi yenidən təşkil edilib və bu Komissiya çərçivəsində kibertəhlükəsizliklə bağlı ölkəmizin qarşısında duran bütün çağırışlar yaxın vaxtlarda çoxplanlı şəkildə həyata keçiriləcək. Burada sahəvi SOC-ların, - buna Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi deyirlər, - yaradılması çox vacibdir. Biz bunun qanunvericilik bazasını yaratmalıyıq və eyni zamanda, CERT-lərin (red. - Elektron Təhlükəsizlik Xidməti) yaradılması vacibdir. Onların da yaradılması ilə bağlı tədbirlər planında bəlli müddəalar vardır", - nazir əlavə edib.