"Starlink"in 28 yeni peyki orbitə çıxarılıb

"Falcon 9" daşıyıcı raketi "Starlink" sisteminin qlobal internet şəbəkəsinin orbit qrupunu artırmaq üçün 28 mini-peyki orbitə çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb.

Bu, ilin əvvəlindən "Starlink" aparatlarının 17-ci buraxılışıdır. Raket Floridadakı Kanaveral burnundakı kosmodromdan buraxılıb.

Qeyd edək ki, 2019-cu ilin may ayından etibarən "SpaceX" şirkəti "Starlink" layihəsi çərçivəsində 11.2 mindən çox belə peyk buraxıb. Onların bir hissəsi fəaliyyətini dayandırıb və ya orbitdən çıxıb. 9.7 mindən çox aparat orbitdə işlək vəziyyətdədir.

Hazırda "Starlink" şəbəkəsi dünyanın 160 ölkə və ərazisini əhatə edir.