Türkiyəyə rəqəmsal mühasirə: Alqoritmlər silah kimi istifadə olunur

Xarici rəqəmsal media platformalarının Türkiyədəki təsiri artıq təkcə iqtisadi itki deyil, milli təhlükəsizlik təhdidi kimi qiymətləndirilir.

Sherg.az xəbər verir ki, 2024-cü ildə reklam gəlirləri hesabına 158 milyard TL Google, Meta, YouTube, TikTok və digər qlobal platformalara yönəldilib.

Mütəxəssislərin fikrincə, bu platformalar topladıqları böyük gəlirlər vasitəsilə psixoloji təsir, seçki manipulyasiyası və dezinformasiya həyata keçirir, yerli medianı zəiflədir və cəmiyyətdə xaos yaradır. Bildirilir ki, Türkiyə öz maliyyə resursları ilə özünə qarşı aparılan rəqəmsal mühasirəni dolayısı ilə maliyyələşdirir.

Ekspertlər “rəqəmsal suverenlik” təmin olunmadığı halda bu prosesin rəqəmsal casusluq miqyasına çatdığını və verilənlərin xarici kəşfiyyat strukturları tərəfindən istifadə edildiyini vurğulayırlar.