Dünyanın bir sıra ölkəsində "X" (əvvəl "Twitter") sosial platformasının işində problem yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə "Downdetector" servisinin məlumatlarında bildirilib.
Sosial şəbəkənin işində yaranana problemlərlə bağlı kütləvi şikayətlər Bakı vaxtı ilə təqribən saat 19:00-dan daxil olmağa başlayıb.
Hazırda bir sıra ölkələrdə "X"in həm mobil tətbiqi, həm də kompüter versiyası işləmir.