"Reklam bazarının qayğısına qalmalıyıq"
Yusif Nəzərli
23:03 25.11.2022
Media
1453
Qulu Məhərrəmli: "KİV-in maliyyə baxımından təmin olunmasının standart yolları var"
Parlamentdə 2023-cü ilin büdcə müzakirələri davam edir. Qanun layihəsi artıq ikinci oxunuşda qəbul olunub. Müzakirələr zamanı deputatlar çoxsaylı məsələni gündəmə gətirir, iradlarını, təkliflərini söyləyir, problemlərin həllini tələb edirlər. Büdcədən demək olar ki, bütün sahələrə ayrılan vəsaitlərdə artımlar var. O cümlədən, gələn il televiziya, radio və nəşriyyatın fəaliyyətinin gücləndirilməsi üçün 61 milyon 024 min 113 manat vəsait ayrılıb ki, bu da cari illə müqayisədə 7 milyon artım deməkdir. 2022-ci ildə televiziya, radio və nəşriyyata ayrılmış vəsait 54 milyon manat civarında olub. Diqqətçəkən məqam isə odur ki, 2023-cü ilin büdcə müzakirələrində bugünədək KİV-in, xüsusən çap mətbuatının mövcud durumu, bu sahəyə ayrıca diqqət ayrılması məsələsi gündəmə gətirilməyib. Halbuki, bəzi baş redaktorlar çap mediasının ayaqda saxlanmasının getdikcə çətinləşdiyi bir dörvdə bu sahəyə də əlavə vəsaitin büdcədə nəzərdə tutulmasını istəyirlər. Qeyd edək ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun professoru Qulu Məhərrəmli "Şərq"ə deyib ki, son illərin büdcə ayırlmaları təcrübəsində, sadəcə, dövlətin maliyyələşdirdiyi televiziya, radio kanallarına, dövlət nəşriyyatlarına və bir də yaradıcılıq təşkilatlarının nəşrlərinə pul ayrılır. Professorun sözlərinə görə, görünür, indiki şəraitdə ayrıca maddənin büdcə layihəsində əks olunması, yəni KİV-ə, çap mediasına əlavə vəsait ayrılması mümkün deyil: "KİV-in maliyyə baxımından təmin olunmasının standart yolları var. Dünya təcrübəsində bunun birinci yolu reklamlar, ikincisi, satışdan əldə olunan gəlirlər, üçüncüsü isə ianələrdir. Əgər biz Azərbaycanda müstəqil, normativ medianın inkişafını istəyiriksə, mütləq reklam bazarının qayğısına qalmalıyıq. Son illərə qədər reklam bazarının ümumi həcmi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Burada reklam bazarının ümumi tutumunu nəzərdə tuturam. Yəni dövlət qurumlarının elanları, reklamları da daxil olmaqla böyük bir maliyyə resursundan söhbət gedir. Amma onlar necə bölünür, necə planlaşdırılır, bununla bağlı hələlik ortada şəffaf heç nə yoxdur. Əgər mətbuat qurumlarını, qəzet və saytları dövlət büdcəsindən maliyyələşdirməyə keçirtsək, köhnə sistemə qayıtmış olacağıq. Halbuki, Azərbaycanda "KİV haqqında", o cümlədən "Media haqqında" qanunlar buna imkan vermir. Medianı, KİV-i maliyyə cəhətdən tam təmin etməyin ən yaxşı yolu mövcud təcrübədə reklam bazarı və çap mətbuatı ilə bağlı satışın əldə olunmasıdır. Bunlar olmayacaqsa, medianın maddi sıxıntılarla üzləşməsi həmişə gündəmdə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial