Lunyovu Rusiya millisinə buraxmaya bilərəm - Qurbanov
Yusif Nəzərli
15:42 02.03.2024
İdman
539
“Qarabağ” qapıçısı Andrey Lunyovu Rusiya millisinə buraxmaya bilər.
Axar.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov TASS-a açıqlamasında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, 32 yaşlı qolkiper 38 nəfərlik ilkin heyətə çağırılsa da, onunla bağlı qərar verməyiblər:
“Bunun ona pis təsir edəcəyini bilsəm, təbii ki, heç vaxt milliyə buraxmayacağam. Düşünürəm ki, Andrey özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Lunyovun çıxışından razıyam, amma hələ də inkişaf edə bilər. Bu onun maksimum səviyyəsi deyil. Ola bilsin ki, onu komandaya buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki hamımız peşəkarıq və vəziyyəti başa düşürük”.
Qurban Qurbanov rusiyalı futbolçunun psixoloji durumunun onun üçün vacib olduğunu bildirib:
“Andreyin milliyə çağırışına normal münasibət bəsləyirəm. O, yığma məşqçilərinin diqqətini çəkə bilibsə, deməli, bu müddətdə yaxşı və stabil çıxış edib. İstənilən oyunçumun yaxşı və sabit oynayaraq milliyə çağırılmasına həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün oyunçunun psixoloji hazırlığı da rol oynayır”.
Qeyd edək ki, Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvayla yoldaşlıq oyunu keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi