Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı

ABŞ Prezidenti Donald Tramp oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verdiyini bəyan edib.

Sherg.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək Netanyahunu “böyük döyüşçü” və İrana qarşı mübarizədə ABŞ-nin “böyük sülh tərəfdaşı” adlandırıb. O, İranın hərbi və maliyyə baxımından sistemli şəkildə zəiflədildiyini iddia edib və Tehranın siyasətini tezliklə dəyişməyəcəyi təqdirdə əməliyyatların yaxın zamanda başa çatdırılacağını bildirib.

ABŞ Prezidenti İsrailin Netanyahu əvəzinə başqa lider seçəcəyi təqdirdə, Vaşinqtonun bu işi özü görməli ola biləcəyini də vurğulayıb.

Tramp Netanyahuya tam dəstəyini ifadə edərək, onun yenidən baş nazir seçiləcəyi təqdirdə israilliləri məyus etməyəcəyini qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu Trampın dəstəyinə görə təşəkkürünü bildirib. O, sosial şəbəkə hesabında ABŞ Prezidenti ilə əməkdaşlığı davam etdirəcəklərini vurğulayaraq, “Birlikdə işi sona çatdıracağıq” ifadəsini işlədib. Bu açıqlama İrana qarşı mübarizənin davam etdiriləcəyinə işarə kimi qiymətləndirilir.