
“ABŞ diktə etmir, uzlaşdırır” – İstanbul danışıqları yeni mərhələdə
10:28 30.05.2025
Dünya
449
Politoloq: Əgər Rusiya və Ukrayna arasında atəşkəs əldə olunarsa, bu atəşkəsin memarı ABŞ, vasitəçisi isə Türkiyə hesab ediləcək
ABŞ Rusiya və Ukrayna arasında iyunun 2-də İstanbulda keçiriləcək sülh danışıqlarına nümayəndə heyəti göndərməyəcək. “The Atlantic” jurnalına istinadən yayılan məlumata görə, Vaşinqton bu addımı ilə Rusiya və Ukraynanın birbaşa dialoqunu təşviq etməyə çalışır. ABŞ hesab edir ki, bu münaqişənin həllində əsas rolu tərəflər özləri oynamalıdır. Danışıqların əsas məqsədi atəşkəsin əldə olunması və siyasi həll yollarının müzakirəsidir. Lakin Ukrayna hələlik prosesə qoşulmaqla bağlı qərar verməyib. Prezident Volodimir Zelenski Rusiyanı əvvəlki vədlərinə əməl etməməkdə və konkret təkliflər irəli sürməməkdə ittiham edib. Rusiya tərəfi isə danışıqlara hazır olduğunu və görüşün İstanbulda keçirilməsini təklif etdiyini bildirib.
İyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqları, tərəflərin mövqeyini və beynəlxalq ictimaiyyətin yanaşmasını bir daha gündəmə gətirib. ABŞ-ın danışıqlarda iştirak etməmək qərarı, prosesə fərqli bir dinamika qazandırır. Vaşinqton bu qərarla birbaşa dialoqu təşviq etməyə çalışsa da, Kiyev tərəfi Rusiya ilə danışıqlara skeptik yanaşır. Moskva isə İstanbul formatına hazır olduğunu bəyan edib.
Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiya və Ukrayna müharibəsinin mövcud şərtlər daxilində başa çatmasını və atəşkəs sazişinin imzalanmasını istəyir:

“ABŞ iki ölkə arasında danışıqların baş tutması üçün müəyyən addımlar atıb. Lakin İstanbulda keçiriləcək danışıqlara Amerikanın qatılmaması müsbət tendensiya kimi qiymətləndirilə bilər. Çünki faktiki olaraq kənar təsirlər və vasitəçilər olmadan aparılan danışıqlar daha effektiv olur. Bunun real nəticəsini Azərbaycan və Ermənistan arasında keçirilən danışıqlarda da müşahidə etdik. Kənar qüvvələrin iştirakı isə çox zaman tərəflərin dialoquna təsir göstərir və prosesin uzanmasına səbəb olur. Bu baxımdan, Rusiya və Ukraynanın İstanbulda birbaşa görüşməsi qısa müddətdə real nəticə doğurmasa da, uzunmüddətli perspektivdə müsbət hadisə hesab oluna bilər. ABŞ bu mövqeyi ilə göstərmək istəyir ki, prosesə diqtə edən deyil, daha çox uzlaşdırıcı tərəf kimi çıxış edir. Bununla belə, bu, Amerikanın tamamilə prosesdən kənarda qalması anlamına gəlmir. ABŞ həmişə olduğu kimi, bu dəfə də proseslərin pərdəarxasında fəal iştirak edəcək. Əgər Rusiya və Ukrayna arasında atəşkəs əldə olunarsa, bu atəşkəsin memarı ABŞ, vasitəçisi isə Türkiyə hesab ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm