İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edəcək.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan mətbuatında diplomatik mənbələrə istinadən məlumat yayılıb.

Bildirilib ki, noyabrın 9-dan 20-dək Antalyada keçiriləcək beynəlxalq konfransda iqlim dəyişikliyi ilə mübarizə və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. O, Şuşada Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə birgə rəsmi şam yeməyində iştirak edib.