
Ev almaq istəyənlərə pis xəbər: Mənzil bazarında artım davam edəcək
07:07 15.07.2025
İqtisadiyyat
370
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 13.8 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, cari ilin I yarımilində ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.9 faiz, təkrar mənzil bazarında isə 13.8 faiz artıb. Qeyd edək ki, 2025-ci ilin II rübündə mənzil bazarında qiymətlər 2025-ci ilin I rübü ilə müqayisədə 1,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 3,2 faiz, təkrar mənzil bazarı üzrə 1,1 faiz artıb.

Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev yeni tikili binalarda mənzillərin qiymətinin sürətlə artmasından danışıb. O, Sherg.az-a açıqlamasında qeyd edib ki, bazarın canlanması nəticəsində satışa çıxarılan mənzillərin sayı artsa da, bu artım tələbi tam ödəmədiyi üçün qiymətlər yenə yüksəlib:
“Qiymət artımı ölkədəki ümumi inflyasiya səviyyəsindən dəfələrlə yüksəkdir – məsələn, 2025-ci ilin rübündə mənzil qiymətləri artımı ölkə üzrə istehlak inflyasiyasını 2,6 dəfə üstələyib. İpoteka qaydalarındakı dəyişiklik (böyük məbləğli ödənişlərdə mənbə tələbi və köhnə evlərin kreditləşməsinə məhdudiyyət) əvvəlcə bazarda aktivliyi azaltsa da, sonradan alıcılar bu vəziyyətə adaptasiya oldular. Nəticədə köhnə mənzil seqmentində qiymətlər nisbətən sabit qaldı, yeni mənzillər seqmentində isə artım davam etdi. Bazarda investisiya məqsədli alıcıların fəallığı artıb – insanlar daşınmaz əmlakı, xüsusən də tikilməkdə olan yeni binalardakı mənzilləri sərmayə kimi görür və alırlar. Bu da struktur olaraq bazarda daha çox yeni tikili mənzilin dolaşımda olmasına gətirib çıxarır”.
Ekspertin fikrincə, təkrar mənzil bazarında satılan mənzillərin orta sahəsi və ümumi qiyməti bazarın struktur xüsusiyyətlərinə uyğun formalaşır. Eyni zamanda, Bakı şəhərində mənzil qiymətləri rayonlara görə əhəmiyyətli fərqlər göstərir:
“Ümumiyyətlə, şəhər mərkəzinə yaxın və prestijli ərazilərdə mənzillərin kvadratmetr qiyməti daha yüksəkdir. Ən bahalı mənzillər ənənəvi olaraq Nəsimi, Nərimanov və Səbail rayonlarında yerləşir. Ən ucuz mənzillər isə şəhərətrafı və yarımkənar ərazilərdə müşahidə olunur. Bu fərqlər əsasən rayonların yerləşməsi, infrastrukturu və mənzillərin fiziki vəziyyəti ilə bağlıdır. Məsələn, metroya, parklara və ticarət mərkəzlərinə yaxınlıq qiymətləri artıran əsas amillərdəndir”.
E.Fərzəliyev qiymət artımının səbəbləri sırasında bir sıra mühüm faktorları da qeyd edib. Onun sözlərinə görə, tikinti materialları və işçi qüvvəsi ilə bağlı xərclərin artması yeni tikililərin maya dəyərini yüksəldir və bu da satış qiymətlərinə birbaşa təsir edir:
“Eyni zamanda, manatın alıcılıq qabiliyyətinin sabitliyi və daşınmaz əmlaka yatırımın cəlbedici olması əhalinin əmanətlərini mənzil bazarına yönəltməsinə səbəb olub. Bank əmanətləri üzrə faizlərin aşağı olması fonunda mənzil almaq kapitalın qorunması və artırılması üçün əsas vasitələrdən birinə çevrilib. Bundan başqa, köhnə binaların sökülüb yenilənməsi ilə bağlı “pilot layihələr” çərçivəsində gələcəkdə mənzilə tələbin artacağı gözləntisi də qiymətlərə təsir edən amillərdəndir. İpoteka kreditləşməsinin davam etməsi və əhatəsinin genişlənməsi alıcılıq qabiliyyətini artırmaqla bazara əlavə tələb gətirir”.
E.Fərzəliyevin fikrincə, yaxın gələcəkdə də mənzil qiymətlərində eniş gözlənilmir. Əksinə, müəyyən fasilələrlə artım davam edə bilər. Çünki mövcud yüksək qiymətlərlə belə bazarda kifayət qədər alıcı var. Bundan əlavə, torpaq sahələrinin və tikinti materiallarının bahalaşması səbəbindən yeni layihələr üzrə təklif qiymətlərinin aşağı düşməsi real görünmür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət
Lənkəranda itkin kimi axtarılan şəxsin meyiti kanalda tapılıb
10:53 31.07.2026
Hadisə
Rusiyadan açıqlama: Ermənistan Azərbaycanla əvəzlənəcək
10:45 31.07.2026
Gündəm