23 sentyabr 2026-cı il tarixində saat 11:00-da AMEA -nın Dilçilik İnstitutunda Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlının “I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitabın elmi redaktoru , AMEA- nın Dilçilik İnstitutunun direktoru , professor Nadir Məmmədlidir.
Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Zərdabi" nəşriyyatında 200 nüsxə tirajla işıq üzü görüb.
Hər kəsin qatıla biləçəyi tədbirdə iştirakçılara kitab hədiyyə ediləçək.
