Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TikTok-u, xüsusən də gənclərin beynini öldürən dəhşətli bir şey adlandırıb.
Teleqraf xəbər verir ki, bunu Tokayev "Süni İntellekt Dünyasına Səyahət" beynəlxalq konfransı çərçivəsində Moskvada keçirilən gənc süni intellekt istedadları ilə görüşdə bildirib.
"Bu günlərdə hər kəs smartfondan istifadə edir, amma nədənsə onlar onun yalnız zəng etmək, mesajlaşmaq, bəlkə də film izləmək üçün olduğunu düşünürlər. TikTok insan beynini, xüsusən də gənclərin beynini öldürən dəhşətli bir şeydir", - deyə Tokayev qeyd edib.
O bildirib ki, smartfonlardan düzgün və bacarıqla istifadə olunarsa, məsələn, kənddə oturaraq pul qazana bilərsiniz: "Bu, insanların təlim keçməsini tələb edir və sonra onlar qanuni yolla pul qazanmağa başlayacaqlar. Mən bunu xalqın rəqəmsal iqtisadiyyatı adlandırıram".