
Alqışlandı:“Müstəqillik dövründə ilk dəfədir bu qədər insan əfv edilir”
Yusif Nəzərli
14:28 08.05.2023
Aktual
552
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram.
Qeyd edək ki, bu, sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.
Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

801 nəfərin ailəsinə qayıtmasının çox böyük addım olduğunu deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a bildirib ki, müstəqillik dövründə ilk dəfədir bu qədər insan əfv edilib:
"Biz bu hadisəni çox gözəl qarşılayırıq. Sadəcə olaraq siyasi motivlə tutulanların az hissəsi bu sərəncamdan yararlanıb. Yəni Əfv Komissiyası siyasi məhbus məsələsində daha həssas olmalı idi. Çünki bizim siyahımızda xeyli sayda siyasi məhbus var idi. Düzdür, xeyli adam azad edilib. Ümumiyyətlə, bizim 29 nəfərlik siyahıda 10 nəfərdən çox məhbus sərəncamdan yararlanıb. Lakin biz komissiyanın üzvlərindən xahiş etmişdik ki, əfv sərancamından daha çox siyasi məhbus yararlansın. Çünki sabah Avropa İttifaqı, BMT və Qərb bizi siyasi məhbusların sayının çoxluğunda günahlandıra bilər.
N.Cəfəroğlu əlavə edib ki, gələcəkdə Ədliyyə nazirliyi və Prokurorluqla əməkdaşlığa davam edəcəklər:
"Bu əməkdaşlıqla siyasi motivlə həbs edilənlər və ömürlüklərin növbəti əfv sərəncamından yararlanması üçün əlimizdən gələni edəcəyik. Ümumilikdə isə çox vacib bir əfv sərəncamıdır. Biz hüquq müdafiəçiləri olaraq bu addımı alqışlayır və humanist mövqeyinə görə ölkə başçısına təşəkkür edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti Qazaxıstana səfər edəcək
13:58 21.04.2026
Gündəm
Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək
13:41 21.04.2026
Aktual
Makron gələn ay Ermənistana səfər edəcək
13:34 21.04.2026
Gündəm
“5 saat masada qalan toyuq ölüm saçır” - Ekspertdən xəbərdarlıq
12:45 21.04.2026
Sağlamlıq
"Tasnim": İrandan Pakistana nümayəndə heyəti getməyib
12:19 21.04.2026
Gündəm
Zelenski: İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur
12:08 21.04.2026
Dünya
Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası keçirilir
11:21 21.04.2026
Gündəm
Onlarla miqrant Gürcüstandan deportasiya edildi
11:18 21.04.2026
Gündəm
Noyer Müllerə çatdı
10:57 21.04.2026
Futbol
Babacanyan: Köçəryan və Sərkisyana seçki qadağası qoyulmalıdır
10:55 21.04.2026
Gündəm
"Fənərbağça" Vedat Muriqi ilə razılaşıb
10:51 21.04.2026
Futbol
17 gün əvvəl müşavir təyin olunan şəxs vəzifədən azad edildi
10:36 21.04.2026
Sağlamlıq
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
10:19 21.04.2026
İqtisadiyyat
Ejei: İrana hücum yenidən başlaya bilər
09:59 21.04.2026
Region