Anadolu Agentliyi “Azərbaycanın memarı Heydər Əliyev” sərlövhəli məqalə yayıb
11:13 10.05.2020
Aktual
583
Türkiyənin Anadolu Agentliyi ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat yolu barədə geniş məqalə yayıb.
Məqalədə həm keçmiş sovetlər birliyi vaxtında, həm də müstəqillik dövründə xalqının tükənməz sevgisini qazanan Heydər Əliyevin xatirəsinin Azərbaycanda “Ümummilli Lider” adı ilə yaşadıldığı diqqətə çatdırılır. Xalqın böyük oğlunun çətin, məsuliyyətli və şərəfli ömür yolu, tarixi missiyası barədə türkdilli oxuculara ətraflı məlumat verilir. Bildirilir ki, keçmiş SSRİ-də hakimiyyətin ali səviyyəsində təmsil olunan Heydər Əliyev dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə yaranan mürəkkəb bir şəraitdə siyasi hakimiyyətə gələrək, xilaskarlıq missiyası həyata keçirib. Siyasi hakimiyyətə qayıdışından sonra o, ilk növbədə, ordu quruculuğuna üstünlük verib. Aparılan uğurlu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində irəliləməsinin qarşısı alınıb.
Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı məlumatları oxucularla bölüşən müəllif dahi şəxsiyyətin sovetlər birliyində tutduğu vəzifələrdən istefa verməsi, Azərbaycana qayıdışı, Naxçıvanın rəhbəri seçilməsi, Yeni Azərbaycan Partiyasını qurması, nəhayət, xalqın tələbi ilə siyasi hakimiyyətin ağırlığını çiyinlərinə alması və sonrakı prosesləri müfəssəl şəkildə qələmə alıb.
Yazıda, həmçinin ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasından bəhs olunur. Bildirilir ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və Ulu Öndərimizin müəyyən etdiyi balanslaşdırma siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Başda Türkiyə olmaqla, Rusiya, ABŞ, həmçinin türkdilli ölkələrlə yüksəksəviyyəli münasibətlər qurulub.
Diqqətə çatdırılıb ki, gördüyü əhəmiyyətli işlərlə xalqın etimadını qazanan ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə prezident seçilib və bununla da Azərbaycanın inkişafının yeni mərhələsi başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol