Polşa təxribat təhlükəsi səbəbindən Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhəddə xüsusi əməliyyata başlayıb.
Bu barədə RMF FM məlumat yayıb.
Əməliyyata hərbçilər, polis, sərhədçilər və xüsusi xidmət orqanları cəlb olunub.
Qərar mümkün təxribat və silahlı qrupların sərhəddən nüfuz etmək cəhdləri barədə xəbərdarlıqlardan sonra qəbul edilib.