
Analitik: Belə addımlar Paşinyan hakimiyyətinə “vız gələr"
13:18 01.04.2024
Aktual
595
Erməni mediası "Paşinyan istefa vermək qərarına gəlib" xəbərini tirajlamaqla Nikolla sözün əsl mənasında məzələnib.
Erməni mətbuatı bunun 1 aprel zarafatı olduğunu bildirib. Bu isə Paşinyanın düşdüyü rəzil durumdan xəbər verir. Eyni zamanda ekspertlər hesab edirlər ki, bununla həm də dolayısı ilə Paşinyana getməli olduğunu bildirmək istəyirlər.
Onu da qeyd edək ki, Paşinyanın istefa verəcəyi ilə bağlı xəbəri həm Ermənistan, həm də Rusiya mətbuatı geniş şəkildə tirajlayıb.
Eyni zamanda Azərbaycan mətbuatında bu ölkələrin agentliklərinə istinadən xəbər yer alıb.
Sözügedən məsələni “Sherg.az”a şərh edən politoloq Natiq Miri bildirib ki, indiki zaman Ermənistan dövləti və hökuməti üçün həlledici bir ərəfədir:
“Ermənistan tədricən Rusiyanın orbitindən qopmağla Qərbə inteqrasiya siyasətinə üstünlük verib. Bu yöndə Ermənistanı təstəkləyəcək dünya güc mərkəzləri mövcuddur. 5 aprel Avropa Birliyi, ABŞ və Ermənistan arasında keçiriləcək görüş də bunun bariz nümunəsidir. Bunların hamısı 2018-ci ildən indiyə qədər Paşinyan hökumətinin yürütdüyü siyasətin nəticələridir. Bu meyvələrin yığılma zamanının çatdığı bir vaxtda Paşinyan nəyə görə istefa verməlidir?".

Analitikin sözlərinə görə həmin məlumat Paşinyanı sevməyən Rusiyanın “Sputnik” informasiya agentliyi tərəfindən ortalığa atılmış dezinformasiyadır:
"Düzdür, məsələni gülüş zarafatı olaraq qələmə verdilər, amma bu Rusiya tərəfindən qəsdən yayılmış məlumatdır. Burada məqsəd Nikolun arzuolunmaz hökumət başçısı olduğunu diqqətə çadırmaqla Paşinyanın istefaya gedəcəyi ilə bağlı ictimai rəyi legitimləşdirməkdir. Belə addımlar isə Nikol Paşinyan hakimiyyətinə “vız gələr". Çünki Paşinyan və onun hökumətini Rusiyanın hansısa dezinformasiyası və hökumətinin mövqeyləri maraqlandırmır. Onlar üçün əsas məsələ Paşinyan hakimiyyətinin xarici siyasətidir. Bu isə aprelin 5-i görüşündən çıxacaq nəticələrlər özünü ortaya qoyacaq. Rusiyanın Nikolun istefası ilə bağlı dezinformasiya yaymaqda digər məqsədi 5 aprel görüşündən nə qədər narahat olmaqlarını nümayiş etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region