Putinin Uitkoffla görüşü iki saatdan çoxdur davam edir

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşü iki saatdan çoxdur davam edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, görüş Sankt-Peterburqun Konstantinov sarayında keçirilir.

Danışıqlarda Rusiya prezidnetinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edirlər.

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner isə danışıqlarla videokonfrans vasitəsilə qatılıb.

Kreml danışıqların əsas mövzusunun Ukrayna nizamlanması olduğunu açıqlayıb.