Anar Məmmədov: "Azərbaycanda hər bir bölgənin inkişafına əsaslanan yeni strategiya qurulur"
Fidan Həmişəyeva
11:39 01.08.2020
Aktual
999
“Cənab Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirir. Prezident son on yeddi ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu istiqamətdə kompleks tədbirlər həyata keçirib”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat qeyd edib ki, ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilir, bir çox sosial obyektlər inşa edilir:
“Bunun nəticəsidir ki, rayonlarda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, bölgələrin inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir.
Ölkəmizdə pandemiyaya və neft bazarındakı qeyri-müəyyənliklərə baxmayaraq bu il də sоsial layihələr və iqtisadi prоqramlar uğurla həyata keçirilməkdədir. Eyni zamanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri var. Bununla yanaşı şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə konkret addımlar atılır. Cənab Prezidentin də vurğuladığı kimi əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Hazırda Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. Bu istiqamətdə ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir”.
Millət vəkili vurğulayıb ki, cənab Prezidentin böyük uzaqgörənliklə milli maraqlarımızın ən ali prinsiplərini özündə ehtiva edən inkişaf strategiyası var:
“Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik mənafelərinin qorunması, onun dinamik inkişafı, sosial-iqtisadi tərəqqisini sürətləndirmək istiqamətində mühüm işlər görülür. Eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya birliyinə sürətli inteqrasiyasına böyük töhfələr verilməkdədir”.
A.Məmmədov bildirib ki, Prezidentin hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu mövcuddur:
“Bu kurs əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan Azərbaycanı bütün dünyaya siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə kimi tanıdır. Ölkəmiz gəmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daim inkişaf etdirən, bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirlər məkanı kimi tanınır. Azərbaycana olan etimad daha da möhkəmləndirdi”.
Parlamentarinin sözlərinə görə, dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilib:
“Dövlət regionların inkişafına xüsusi diqqətlə yanaşır. İlk növbədə, Azərbaycanda hər bir bölgənin inkişafına əsaslanan yeni strategiya qurulur. Bununla da regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etmək mümkündürm. Bu zaman iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial