"Ukraynadakı müharibənin başa çatması üçün mübarizə aparacağam. Bu inanılmazdır, Avropanın acizliyi dəhşətlidir!"
Teleqraf xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş "Facebook" səhifəsində yayımladığı müraciətdə bildirib.
Avropa siyasətçilərinin mövqeyini tənqid edən Baş nazir qeyd edib:
"Hər kəs müharibədən danışır. Avropa sülh danışıqları aparmaq istəmir. Hər kəs yalnız münaqişədən bəhs edir. Əlbəttə, biz silahlanmalı və heç bir təhlükənin baş verməməsi üçün hazırlaşmalıyıq. Lakin Avropanın sülh təşəbbüsləri haradadır? Rusiya Prezidenti Vladimir Putinlə danışıqları ABŞ Prezidenti Donald Tramp aparır. Biz, Avropa olaraq, bu müharibənin bitməsi üçün əlimizdən gələni etməliyik".
Babiş Çexiyanın NATO qarşısında müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb.