
Anlaşılmaz mövqe: Rəsmi Tehran İrəvana niyə susur?
12:49 09.04.2024
Aktual
543
Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşə regionun əksər dövlətlərinin rəsmi şəxsləri münasibət bildirdilər. İlk reaksiya rəsmi Bakıdan gəldi. Otuz ilə yaxın erməni işğalından böyük əziyyət çəkən, hazırda işğalın nəticələrini təkbaşına aradan qaldıran ölkəmizin görüşdən nahatlıq duyması təbiidir. Azərbaycan hesab edir ki, bu cür təşəbbüslər İrəvanı yeni təxribatlara şirnikləndirə bilər.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi ənənəvi brifinqdə Ermənistan,Aİ, ABŞ görüşünün Moskvada narahatlıq yaratdığını söylədi.
Qardaş Türkiyə isə ilk gündən mövqeyini ortaya qoyaraq Brüssel görüşünün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracağını bəyan etdi.
Lakin prosesdə səsini çıxarmayan yeganə ölkə İran oldu. Cənub qonşumuzun mövqeyi onun regionun böyük dövləti kimi statusuna uyğun deyil. İran Ermənistanın sərhədlərinə Avropalı müşahidəçilər gətirməsindən, Amerika ilə İrəvanın birgə hərbi təlimlər kecirməsini özünə təhlükə kimi görmür. İsraildın Azərbaycanın silah almasına dözümsüz yanaşan İran indi niyə baş verən proseslərə biganə yanaşır?
Mövzu ilə bağlı ”Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Brüssel görüşü ilə bağlı İranın mövqeyi anlaşılmazdır:

“Əgər başqa bir ölkə Qərblə bu şəkildə əməkdaşlıq qurmağa çalışsaydı İran buna kəskin reaksiya verərdi. Ancaq Ermənistan bunu etdikdə biz onun sakit durduğunun şahidi olduq.Çünki Ermənistanın gücləndirilməsi rəsmi Tehrana sərf edir. İranın burda marağının nə olduğu isə sual doğurur? Çox təəssüflər olsun ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İran tərəfindən qərəzli mövqeylərin şahidi olduq. Düşündürücü haldır ki, dünyadakı bütün məsələlərdə əks mövqedə dayanan bu ölkələr Azərbaycan-Ermənistan məsələsində müttəfiq kimi davranırlar. Həmçinin İran mediyası da bu məsələ də sakit qalır. Əksinə olaraq isə son günlər Azərbaycana qarşı olan açıqlamaların şahidi oluruq. Bu çox təəssüfləndirici haldır. Azərbaycan hər zaman İranla mehriban qonşuluq münasibətlərinə önəm verib. Ancaq heyif ki, İra tərəfindən bu cür ədalətsiz və qərəzli mövqeyin şahidi oluruq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm