
Araz yolu tezliklə istifadəyə veriləcək -PROQNOZ
Araz yolu tezliklə istifadəyə veriləcək -PROQNOZ
02:09 07.06.2024
Aktual
462
Müəyyən dairələrin yersiz iddialarına rəğmən, rəsmi Tehran da razılaşmaların icra olunmasında maraqlıdır
Prezident İlham Əliyev ilə İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber arasında telefon danışığı olub. Telefon danışığı əsnasında ölkələr arasında tarixi dostluq, qonşuluq və xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcud olduğu bir daha vurğulanıb. Prezident İlham Əliyevlə mərhum Prezident Seyid İbrahim Rəisinin görüşü, müzakirələri, əldə edilmiş razılaşmaların əhəmiyyəti xatırladılıb. Bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrimizin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlət başçısı bildirib ki, ölkəmiz onların icrası istiqamətində İranla birlikdə fəaliyyətini davam etdirəcək. Məhəmməd Moxber də öz növbəsində əldə edilmiş razılaşmaların ölkələrimizin maraqlarına uyğun olaraq həyata keçiriləcəyini qeyd edib. Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər də müzakirə olunub. Qeyd edək ki, telefon zəngi Azərbaycan rəhbərinin təşəbbüsü ilə reallaşıb.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a bildirib ki, İranda hökumət başçısının həlak olması ilə nəticələnmiş böyük faciə baş verib. Ona görə də telefon danışığının Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutması ilk növbədə diplomatik nəzakət jestidir:

"Eyni zamanda Azərbaycan sözügedən anlaşmalarda, Araz yolunun tezliklə istifadəyə verilməsində, Şimal-Cənub dəhlizi ilə bağlı da işlərin sürətlənməsində maraqlı tərəfdir. Sirr deyil ki, bəlli qəzadan sonra əldə edilmiş razılaşmaların icrasına müəyyən maneələrin ola biləcəyi haqda narahatlıq var idi. Hətta İranın sabiq diplomatı Əbülfəzl Zöhrəvənd Xudafərin və Qız qalası su bəndlərinin açılmasında iştirak etdiyinə və Azərbaycanla razılaşmalara getdiyinə görə İbrahim Rəisini ölümündən sonra da tənqid edirdi. Telefon danışığında hazırda prezident səlahiyyətlərini icra edən Məhmməd Moxberin razılaşmaların ölkələrimizin maraqları çərçivəsində icra olunacağını deməsini bu kontekstdə nəzərdən keçirmək lazımdır. Müəyyən dairələrin yersiz iddialarına rəğmən, rəsmi Tehran da razılaşmaların icra olunmasında, münasibətlərin qarşılıqlı anlaşma məcrasında davam etməsində maraqlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual