Bakıda iki nəfəri əqrəb sancdı

Bu gün Bakıda iki nəfəri əqrəb sancıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hər iki hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Əqrəb sancması nəticəsində xəsarət alan O.Qasımov və M.Əsgərova Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.