20 sentyabr ölkəmizdə Suverenlik günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü” təsis olunub sənədə əsasən hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü qeyd olunur. Tarixi əhəmiyyətli bu sərəncamın imzalanması ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, dövlətimizin güclənib dünya dövlətləri arasında söz və nüfuz sahibi olmasına yönəlmiş məqsədyönlü siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi idi. Cənab Prezident çıxışlarının birində “biz Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik, iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəldəcəyik. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” söyləmişdi. Və xalqımız qarşısında verdiyi vədə Prezident olaraq əməl etdi. Ermənistanın 30 ilə yazın işğal altında saxladığı ərazilərimizin 2020-ci il sentyabr – noyabr aylarında aparılan 44 günülk Vətən müharibəsində böyük bir hissəsi azad edildi. Azəbaycan dövləti Qarabağ və ətraf ərazilər üzərində konstitusion hüququnu bərpa etdi. 2023-cü ilin sentyabrın 19-da isə bir qrup separatçı qüvvənin tamamilə zərərsizləşdirilməsi nəticəsində Azəbaycan bütün ölkə ərazisində suverneliyini bərpa etdi. Üçrəngli bayrağımız separatçıların özlərinə “yuva” sandığı Xankəndində dalğalandı.
Suverenlik günü barədə danışmağa, söz deməyə, xalqımızı təbrik etməyə haqqı çatanlar arasında şəhid ailələri ilə birlikdə, müharibə iştirakçıları, qazilərimiz xüsusi yer tutur.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, 20 sentyabr, 8 və 9 noyabr tarixləri kimi xalqımızın qürur, şərəf günüdür:
- Xalqımızı bu mübarək gün münasibətiylə təbrik edirəm. Azərbaycan xalqı, şanlı ordumuz, sinəsini düşmənə sipər edən igid oğullarımız, döyüşlərdən alnı açıq çıxmış qazilərimiz Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi, bununla kifayətlənmədi, bütün ölkə ərazisində suverenliyimizi də bərpa etdi. Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub, Bu il suverenliyimiz 3-cü, Vətən müharibəsində qələbəmizin isə 5-ci ildönümüdür. Azərbaycanın dövlətçilik tarixinə bu şanlı qələbələri yazmış xalqımızın, ordumuzun bu bayramları təntənə ilə qeyd etməyə haqqı çatır. Birinci Qarabağ müharbəsində qüvvələr nisbəti eyni deyildi. Hamıya məlumdur ki, Azərbaycan müstəqiliyini yeni əldə etmişdi, dövlət institutları hələ zəif idi, ordumuz tam formalaşmamışdı. Buna baxmayaraq xalq, əhali düşmənə bacardıqca müqavimət göstərirdi, yerlərdə özünü müdafiə batalyonları yaradılırdı, igid oğullarımız düşmənə aman vermirdi. Lakin qüvvələr nisbətinin qeyri-bərabər olması, bəzi dövlətlərin Ermənistana hərtərəfli dəstək verməsi, daxildəki siyasi çəkişmələr də torpaqlarımızın işğalı ilə nəticələndi. Amma bu da məlum idi ki, xalqımız işğalla heç vaxt barışmayacaq. Cənab Prezidentin də dediyi kimi biz torpaqlarımızı mütləq işğal azad edəcəkdik. Və etdik də. Müdafiə sənayesimiz formalaşdı, peşəkar ordu quruculuğuna başlanıldı. Eyni zamanda, inkiaşf edən iqtisadiyyatımız, dövlətimizin artan nüfuzu bizə strateji müttəfiqlər, tarixi Zəfərə gedən yolda hüquqi-siyasi və iqtisadi-hərbi üstünlüklər qazandırdı. Bu da 44 günlük Vətən müharibəsində və anti-terror əməliyyatlarında qələbimizi təmin etdi, həm də beynəlxaql hüququn ədaləti bərpa olundu. Tarixi araşdırsaq, bəlkə də belə bir nümunəyə rast gəlmərik ki hansısa dövlət ərazi bütövlüyünü, suverneliyini cəmi 1 günə bərpa edib. Azərbaycan dövləti, Azərbaycan Prezidenti və müzəffər ordumuz bunu bacardı. Suverenlik Gününü qeyd etdiyimiz gündə Vətən uğrunda şəhid olan oğullaırmızın xatirəsini ehtiramla yad edirik, onların ruhu qarşısında baş əyirik, müharibədə sağlamlığını itirmiş, Vətəni canından artıq sevdiyini sübut etmiş qazilərimizə də dərin ehtiram bildiririk, sağlamlıq arzulayırıq. Qoy düşmın bilsin ki heç vaxt bizi məğlub edə bilməyəcək. İgid oğullarımız bu gün də sərhədlərimizin keşiyində ayıq-sayıq dayanıb, hər cür fitnəyə anında cavab verməyə hazırdırlar.