Azərbaycan Pakistandan bombardmançı təyyarə almağa çalışır - TƏHLİL
08:58 22.03.2022
Aktual
666
"Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Pakistana səfəri ikitərəfli əlaqələrin hərbi sferasında yeni mərhələ başladılmasına dair strateji planın tərkib hissəsidir".
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, beynəlxalq güclərin dünya nizamının təməllərini qazıyıb ora yeni “barıt çəlləkləri” atdığı zamanda Bakı özünün hərbi göstəricilərini daha da yüksəyə qaldırmağa çalışır:
"General-polkovnik Zakir Həsənovun yolunu İslamabada salması da Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik platformasında növbəti səhifələri vərəqləmək məqsədi daşıyır. Ümumiyyətlə səfərlərin intensiv, qarşılıqlı hal almasından bu təəssürat yaranır ki, Azərbaycanla Pakistan qarşılıqlı maraq və niyyətlərə xidmət edən əməkdaşlığın inkişafı üçün üzərlərinə keyfiyyətcə yeni öhdəliklər götürürlər. Bu isə regional təhlükəsizliyin sabitliyi baxımından önəmli addımlardır, Bakı-İslamabad marşrutundakı davamlı gəliş-gedişlər müasir çağırışlara adekvat olaraq yeni əməkdaşlıq sazişinin hazırlanması istiqamətində işlər getdiyinin indikatorudur. Çünki münasibətlərin strateji tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə qaldırılmasına ehtiyac duyulur, bu isə yeni hərtərəfli sazişlə mümkündür. Zakir Həsənovun İslamabada səfəri də həmin sənədin hərbi məzmunu üzərindəki tezislər ətrafında rəsmi fikir mübadiləsi aparmaqdan ibarətdir".
Ekspertə görə, digər məsələ odur ki, Pakistanın nüvə silahına sahib olması onu Asiyada xüsusi statuslu dövlətlərdən biri halına gətirir:
"Pakistan müdafiə sənayesinin modernləşdirilməsi və xarici ölkələrlə hərbi əməkdaşlıq sayəsində (əsasən də Çin) çox güclü ordu qura bilib. Pakistanın hərbi texnikasını və silahlarını ucuz qiymətə almaq mümkündür – Bakının da hədəfində yeni silah alınması məsələləri prirotet təşkil edir. Böyük ehtimal ki, hazırda Bakı-İslamabad hərbi xəttində müasir silahların alınması məsələsi də müzakirə mövzularından biridir. Nəzərə almaq lazımdır ki, Pakistanın silah bazarında Çin silahları önəmli çəkiyə malikdir. Ona görə də, Azərbaycanın Pakistandan silah alınması məsələsindən danışarkən biz həm də Çin-Pakistan silahlarını da göz önünə gətirməliyik. Azərbaycanın Pakistandan çoxməqsədli qırıcı-bombardmançı “JF-17 Thunder” qırıcı təyyarələrini almağa çalışır. Səfərlərin intensivliyi və müzakirələrin tezliyi belə deməyə əsas verir ki, Azərbaycan tezliklə bu qırıcını öz ordu arsenalına daxil edəcək. Ümumiyyətlə Pakistanın silah bazarı Azərbaycana xeyli sayda maraqlı silah təqdim etmək potensialına malikdir. Zakir Həsənovun səfərinin motivlərindən biri də Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi əməkdaşlığı gücləndirməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət