Tovuzda yaşayış evində 50 yaşlı kişinin meyiti aşkarlanıb

Tovuzda 50 yaşlı kişinin meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1976-cı il təvəllüdlü N.Hüseynovun meyiti yaşadığı evdə tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Kişinin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.