Azərbaycan Prezidentinin liderlik səyləri beynəlxalq miqyasda yüksək qiymətləndirilir
12:50 16.05.2020
Aktual
681
Koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan bir daha göstərdi ki, beynəlxalq əməkdaşlıq çox önəmlidir və uğurlu əməkdaşlıq üçün heç bir maneə yoxdur.
Bunu Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşləri, eləcə də dövlətimizin başçısının videokonfrans formatında görüşləri sübut edir. Dünya liderləri, aparıcı biznes, maliyyə institutlarının rəhbərləri Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edir və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndirirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
Deputat qeyd edib ki, Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda da qeyd edildiyi kimi, Azərbaycan dünyada ən uğurlu tərəfdaş ölkələrdən biridir. Beynəlxalq təhlükəsizlik, enerji təchizatının şaxələndirilməsi, siyasi islahatlar sahəsində 30 illik birgə fəaliyyət, habelə gələcəkdə daha çox işlər görüləcəyi barədə fikirlər ABŞ-la Azərbaycanın dostluq münasibətlərinin təzahürüdür.
Jalə Əhmədova bildirib ki, Prezident İlham Əliyev COVID-19 virusu ilə əlaqədar Türk Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərinin təşkil edilməsində liderlik səylərini nümayiş etdirdi. Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevin bu şirkətin rəhbərləri ilə videokonfrans formatında görüşündə şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer deyib: “Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq”.
Xanım Kramer İlham Əliyev kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olmasının məmnunedici hal olduğunu vurğuladı. O, Azərbaycan Prezidentinin təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdən olduğunu bildirdi və bu işdə öndə getdiyinizə görə dövlətimizin başçısına təşəkkür etdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələrlə bağlı qərarını açıqlayıb
01:16 03.11.2026
Son dəqiqə
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm