Azərbaycanın yaratdığı reallıqlar aparıcı güc mərkəzləri üçün mühüm dividendlər vəd edir
11:13 07.03.2021
Aktual
619
“İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında səsləndirilən fikirlər Azərbaycanın dünya siyasətində etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizin regional güc mərkəzi olaraq müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir”.
Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq qeyd edib ki, ümumiyyətlə, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və aparıcı güc mərkəzləri üçün mühüm dividendlər vəd edir:
“Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir”.
Onun sözlərinə görə, bəhs olunan Zirvə toplantısında səsləndirilən fikirlər həm də onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyə aydın strateji baxışları var, ölkəmiz sülh və əməkdaşlıq tərəfdarıdır:
“Prezident İlham Əliyev toplantıda bu məqamlara toxunaraq “Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq”, -deyə bildirdi. Əlbəttə, Avrasiyanın yeni nəqliyyat-kommunikasiya xəritəsini yaradan, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdıran Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bölgədə yaranacaq çoxşaxəli tərəfdaşlıq platforması strateji əhəmiyyətə malikdir. Bütövlükdə, hesab edirəm ki, indi Azərbaycan və region üçün yeni dövr başlanır. Bu mərhələ ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi ilə müşayiət olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm