Azərbaycan Türk Ocağının başqanı Akif Aşırlı Türk Ocaqlarının Baş Mərkəzini ziyarət edib.
Ziyarətdə Türk Ocaqlarının başqanı, professor Mehmet Öz, başqan müavini, professor Mehmet Şahingöz və Məşvərət Şurasının üzvü Rasih Arlısoy iştirak edib.
Akif Aşırlı professor Mehmet Özə “I Bakı Türkologiya Qurultayı” kitabını təqdim edib.
Görüş zamanı professor Mehmet Öz Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında tarixə və ortaq mədəniyyətə əsaslanan sarsılmaz bağların son 35 ildə siyasi, iqtisadi, hərbi və strateji əməkdaşlıq sayəsində daha da möhkəmləndiyini bildirib. O, son günlər yaşanan çətinliklərin müvəqqəti xarakter daşıdığını, Türkiyə ilə Azərbaycan arasındakı dövlətlərarası münasibətlərin “İki dövlət, bir millət” prinsipi əsasında davam edəcəyinə ürəkdən inandığını ifadə edib.
Akif Aşırlı isə hər iki ölkədə sosial media və mətbuatda münasibətlərə xələl gətirə biləcək açıqlamalardan çəkinilməsinin vacibliyini vurğulayıb.
Birdir bizim hər halımız,
Sevincimiz, məlalımız.
Bayraqlarda hilalımız —
Azərbaycan, Türkiyə.
