AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? - RƏSMİ AÇIQLAMA
07:55 29.03.2024
Aktual
536
Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Harutyunyandan aldığı müsahibəni yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi.
Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.
Sherg.az xəbər verir ki modern.az AzTV ilə əlaqə saxlayıb.
Telekanalın mətbuat katibi Rüfət Seyidov açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:
“Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. “Müsahibənin indi verilməsi nə qədər doğrudur” sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə həmin martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda asossiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək”.
Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:
“Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi müsahibənin efirə gedəcəyi gün barədə məlumat verəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual