Bakıda intihar etdiyi deyilən qız tələbə imiş


İki gün öncə paytaxtın Nərimanov rayonunda binanın 8-ci mərtəbəsindən yerə yıxılıb dünyasını dəyişən Heydərova Fidan Rüfət qızı tələbə olub.

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Belə ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsi olub. 

Qeyd edək ki, Fidan Heydərova əslən Masallı rayonundandır. Atası Rüfət Heydərov isə Qodman kənd tam orta məktəbinin müəllimidir.

F.Heydərova Bakıda kirayə yaşayırmış. Onun intihar etdiyi ehtimal olunur.